Dünya Özəl

Blinken şahzadə Salmana təşəkkür etdi

Blinken şahzadə Salmana təşəkkür etdi

ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, görüş Ciddədəki Salam sarayında keçirilib.

Blinken şahzadə Salmana ABŞ və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin insan haqları sahəsində irəliləyişlə daha da güclənəcəyini bildirib.

Nazir və vəliəhd şahzadə xüsusilə yaşıl enerji sahəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Blinken həmçinin Səudiyyə Ərəbistanının Sudandan yüzlərlə amerikalının təxliyyəsində göstərdiyi dəstəyə görə Salmana təşəkkür edib.

Aysu Demokrat.az

D
demokrat.az