Türkiyədə quş ovlamaq istəyən şəxs 78 yaşlı qonşusunu öldürüb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Manisa vilayətində baş verib.
78 yaşlı kişi üzümləri dərmanlamaq üçün bağa yollanıb, lakin bədbəxt hadisə ilə üzləşib.
Ovçu qonşusu bağdakı quşları ovlamağa çalışarkən yaşlı kişini başından güllələyib.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Bütün müdaxilələrə baxmayaraq yaralı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


