Hadisə

Şəmkirdə avtomobil aşdı: Xəsarət alanlar var

Şəmkirdə avtomobil aşdı: Xəsarət alanlar var

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”unməlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2007-ci il təvəllüdlü Məhəmməd Quliyev və 1998-ci il təvəllüdlü Orxan Allahverdiyev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər, birinin vəziyyəti ağır, digərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova