Hadisə

Bəzi çaylarda sululuq ARTIB

Bəzi çaylarda sululuq ARTIB

2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb”, - qurum rəsmisi deyib.

D
demokrat.az