Dünya Özəl

Çavuşoğlu amerikalı həmkarı ilə DANIŞDI

Çavuşoğlu amerikalı həmkarı ilə DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz həmkarı Antoni Blinkenlə iki ölkə arasındakı münasibətləri müzakirə edib.

Nazir Blinken prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurları münasibətilə təbriklərini çatdırıb.

Telefon görüşməsi zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Strateji Mexanizm Toplantısına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə edilən hücum, İsveçin NATO-ya üzvlük prosesi və İstanbul Taxıl Sazişi məsələləri də müzakirə edilib.

Aysu

NE
Nihadə Eyyubova