Türkiyənin Elazığ vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla səhər saat 06:53 də baş verib.
Zəlzələnin 3,6 bal gücündə olduğu bildirilib.
Zəlzələ yerin 7 km dərinliyində də hiss olunub.
Xatırladaq ki, Türkiyədə fevralın 6-dan bəri intensiv olaraq zəlzələlər baş verir.
Aysu Demokrat.az


