Hadisə Özəl

Parkda başından güllələnmiş gənc oğlan tapıldı

Parkda başından güllələnmiş gənc oğlan tapıldı

Türkiyədə bir nəfər gənc parkda başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Antalya vilayətində baş verib.

Parka gələnlər yerdə cəsədlə qarşılaşıb və polisə məlumat verilib.

Daha sonra əraziyə polis qrupları göndərilib.

Şəxsin başından tapança ilə vurularaq həyatını itirdiyi təsbit olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova