Hadisə Özəl

Yük maşını zəncirvari qəza törətdi —Çox sayda yaralı var

Yük maşını zəncirvari qəza törətdi —Çox sayda yaralı var

Türkiyədə təkəri partlayan yük maşını zəncirvari qəzaya səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Hatay vilayətində baş verib.

Saman dolu yük maşını 3 minik avtomobilinə çırpılıb. Nəticədə 13 nəfər yaralanıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova