İtaliyada turistləri daşıyan gəminin batması nəticəsində 4 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Bildirilib ki, hadisə İtaliyanın Milan şəhərinin şimalındakı Maggior gölündə baş verib.
Turistlərin ad günü şənliyi üçün icarəyə götürdüyü 16 metr uzunluğundakı gəmi güclü yağış və tufan nəticəsində batıb.
İtaliya yanğınsöndürmə briqadası 4 nəfərin cəsədinin tapıldığını bildirib.
Rəsmilər bildirib ki, 19 nəfərin xilas edilsə də, 3 nəfər itkin düşüb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Aysu Demokrat.az


