Yunanıstanın Mikonos adasında immiqrantların olduğu qayığın batması nəticəsində 3 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, Yunanıstanın məşhur Mikonos adasında üzərində 15 immiqrantın olduğu qayıq batıb.
Sahil Mühafizə qrupları gəmi və xilasetmə helikopterləri ilə axtarış əməliyyatına başlayıb.
Rəsmilər bildirib ki, 2 nəfər qadın, 1 nəfər isə kişi olmaqla, 3 nəfərin cəsədi tapılıb, 12 nəfər isə itkin düşüb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Aysu Demokrat.az


