Türkiyədə restoranda işçilər və müştərilər arasında yaranan silahlı mübahisə nəticəsində 2 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib.
Restoran işçiləri və müştərilər arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə böyüyərək silahlı davaya çevrilib və nəticədə 2 nəfər müştəri yaralanıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


