Hadisə

“Prius” ağır qəza törətdi — 9 yaşlı uşaq öldü

“Prius” ağır qəza törətdi — 9 yaşlı uşaq öldü

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib. Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

D
demokrat.az