Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.
Demokrat.az xəbər verir ki, qəza Kürdəxanı yolunda baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, iki minik maşının toqquşması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı tədqiqat araşdırması aparılır.//APA


