Sosial Özəl

Avtobuslarda kondisionerlər nə zaman işə salınacaq? — Sərnişinlər narazılıq edir...

Avtobuslarda kondisionerlər nə zaman işə salınacaq? — Sərnişinlər narazılıq edir...

Son günlər havaların isinməsi avtobuslarda kondisionerlərin nə zaman işə salınacağı məsələsini aktuallaşdırıb. Sərnişinlər deyirlər ki, bəzi avtobuslarda kondisionerlər olsa da, işlədilmir. Nəticədə mənzil başına tələsənlər sıxlıqla bərabər, həm də diskomfort şəraitdə avtobusda getməli olurlar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Demokrat.az-a bildirilib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib:

"Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Eyni zamanda qeyd edək ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir.

Həmçinin, onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib", - deyə məlumatda bildirilib.

Nəzrin Demokrat.az

D
demokrat.az