Sosial

Koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədovqərarimzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il iyulun 1-dək kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2023-cü il mayın 1-nə kimi nəzərdə tutulmuşdu.

NE
Nihadə Eyyubova