Hadisə Özəl

"AzRosPromİnvest" cərimələndi

AzRosPromİnvest cərimələndi

"AzRosPromİnvest" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində cərimə yazılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə qaydaları pozması iddia olunub.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.

Protokol araşdırılması üçün hakim Fəxri Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Xatırladaq ki, "AzRosPromİnvest" 2006-cı ildə təsis edilib.

“AzRosPromİnvest” MMC bentonit gili hasilatı və emalı ilə məşğuldur, onun əsasında müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal bazası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən unikal Daş Salahlı bentonit gil yatağıdır. Müəssisənin ərazisində 3 korpusdan ibarət zavod mövcuddur.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az