Türkiyədə mikroavtobusun pikapla toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, qəza Türkiyənin Konya vilayətində baş verib.
Səhər saatlarında mikroavtobus və pikap toqquşub.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Qəza nəticəsində 46 yaşlı kişi və həyat yoldaşı dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb.
Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az


