Hadisə

Gədəbəydə ev yanıb

Gədəbəydə ev yanıb

Gədəbəydə yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəryirmandağ kəndində qeydə alınıb.

Kənd sakinə məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerində FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

NE
Nihadə Eyyubova