Hadisə

Salyanda ev yanıb

Salyanda ev yanıb

Salyan rayonunun Aşağı Kürkənd kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Demokrat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//APA

D
demokrat.az