Hadisə

Abşeronda 17 yaşlı gənc qızı avtomobil vurdu

Abşeronda 17 yaşlı gənc qızı avtomobil vurdu

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, Qobu qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Usubzadə Dərya Zəfər qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

D
demokrat.az