ABŞ Qüdsdə yürüş zamanı yəhudilərin səsləndirdiyi irqçi şüarları pisləyib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata əsasən, dünən Qüdsdə yəhudilərin yürüşü təşkil edilib.
Yürüş zamanı irqçi şüarların səsləndirilməsi ABŞ dövləti tərəfindən pislənib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sosial mediada bildirib:
"Amerika Birləşmiş Ştatları hər cür irqçi təhqirlərə qəti şəkildə qarşıdır. Etirazlarda işlədilən "ərəblərə ölüm" kimi mənfur şüarları qınayırıq".
Aysu Demokrat.az


