Hadisə Özəl

4-cü mərtəbədən yıxılan qadın öldü

4-cü mərtəbədən yıxılan qadın öldü

Türkiyədə 4-cü mərtəbədəki evin eyvanından yıxılan qadın hadisə yerində dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Muğla vilayətində evin eyvanından yıxılan qadın həyatını itirib.

Epilepsiya xəstəsi olduğu bildirilən qadın 4-cü mərtəbədən yıxılıb.

Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.

Dərhal müdaxilə edilməsinə baxmayaraq qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova