Türkiyə və Argentina millilərinin Qaziantepdə yoldaşlıq oyunu keçirəcəyi gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Latın Amerikası və Karib hövzəsi Parlamentinin (PARLATİNO) Türkiyə Böyük Millət Məclisindəki nümayəndə heyətinin rəhbəri Əli Şahin açıqlama verib.
O bildirib ki, yaxın vaxtlarda Türkiyə-Argentina milli matçının keçiriləcəyi gözlənilir:
"Oyunun keçirilməsi zəlzələ qurbanlarına dəstək olmaq məqsədi daşıyır.
Həmçinin, Argentina ilə Türkiyə arasındakı münasibətlərə və iki ölkə xalqlarının yaxınlaşması prosesinə də çox əhəmiyyətli töhfə verəcək".
Aysu Demokrat.az


