Dünya Özəl

Balıqçı gəmisi Hind okeanında batdı

Balıqçı gəmisi Hind okeanında batdı

Çinin balıqçı gəmisi dünən günorta saatlarında Hind okeanında batıb. Gəmidəki 39 nəfərdən xəbər yoxdur.

Demokrat.az xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, gəmidə olan 39 nəfər, 17 Çin, 17 İndoneziya və 5 Filippinli balıqçıdan xəbər yoxdur.

Gəminin harada olduğu hələlik məlum deyil.

Hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.

Qəzasının səbəbi hələlik açıqlanmasa da, açıq dənizdəki tufan və yüksək dalğaların belə qəzalara səbəb ola biləcəyi ehtimal edilir.

Aysu Demokrat.az

D
demokrat.az