Hadisə

Şuşanın icra başçısı Şuşada: "Sənə dəxli var?" açıqlaması yada düşdü — VİDEO

Şuşanın icra başçısı Şuşada: Sənə dəxli var? açıqlaması yada düşdü — VİDEO

Şuşanın İcra hakimiyyətinin başçısı Bayram Səfərov nəhayət arzusuna çatıb, Şuaşaya gedib.

O, fevral ayında jurnalistin Şuşaya gedib-getməməsi ilə bağlı sualına "sənə dəxli var?" açıqlaması ilə gündəmə gəlmişdi. Daha sonra isə nə vaxt istəyirsə o vaxt getdiyini və Yeni ildən öncə orada olduunu bildirmişdi.

Bu dəfə isə Bayaramovun Xarıbülbül Musiqi Festivalı çərçivəsində Şuşaya səfəri etməsi, necə deyərlər, əyani şəkildə görüntü ilə sübut olunub.

O, Şuşada tədbirdə iştirak edən bir qrup şuşalı ilə şəkil çəkdirib. Fotolardan biri də Şuşadakı “Güllü bağ” deyilən ərazidə çəkilib.

Bundan bir neçə gün öncə isə Bayramovun görüntüləri Füzuli hava limanından yayılmışdı.

Bəzi sosial media istifadəçiləri onun Şuşaya səfər etməsi barədə paylaşım edərək müəyyən mənada ötən qalmaqallı müsahibəsinə diqqət çəkib. (referans.az)

D
demokrat.az