Türkiyədə gənc oğlan evlənməsinə icazə vermədiyi üçün atasını öldürüb.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib.
Məlumata görə, sevgilisi ilə evlənmək istədiyini deyən oğlan atası ilə mübahisə etməyə başlayıb.
Nəticədə 21 yaşlı oğlan atasını ov tüfəngi ilə güllələyərək öldürüb.
Daha sonra polisə zəng edərək, atasının intihar etdiyini bildirib.
Polis araşdırması nəticəsində hadisənin təfərrüatları məlum olub.
Gəncin barəsində məhkəmə tərəfindən ömürlük həbs cəzası qərarı verilib.
Aysu Demokrat.az


