Hadisə

Ağdamda ev yandı

Ağdamda ev yandı

Ağdam rayonunun Sarıcalı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 170 m² sahədə yanıb.

Demokrat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//APA

D
demokrat.az