Tayvan sahillərində qayıqları alovlanan 6 balıqçı helikopterlər vasitəsilə xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, 6 balıqçının olduğu qayıq yerli vaxtla saat 09:00 radələrində naməlum səbəbdən alovlanıb.
Qısa müddətdə vertolyotla hadisə yerinə gələn Tayvan Havadan Xidmət Birliyi (NASC) balıqçıları xilas edib.
Balıqçıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Aysu Demokrat.az


