Hadisə

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü: Yaralılar var

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü: Yaralılar var

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

"Report"un Muğan bürosunun məlumatına görə,"QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Hadisədə8 nəfər xəstəxanaya müraciət edib.Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

Qeyd edək ki, köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

NE
Nihadə Eyyubova