Mədəniyyət Özəl

Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdü

Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdü

Mədəniyyət Nazirliyi hazırda xəstəxanada müalicə alan tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Mədəniyyət Nazirliyindən Demokrat.az-a bildirilib.

Bildirilib ki, ötən gün Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb.

“Bu gün isə aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanıb.

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir”, - deyə nazirlikdən sorğumuza cavab verilib.

Jalə Demokrat.az

D
demokrat.az