Almaniyanın Drezden şəhərindəki Fatih məscidinə hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, məscidə gələn naməlum şəxs Quranın yerləşdiyi kitabxanaya benzin tökərək yandırıb.
Yanğın məscid işçiləri tərəfindən dərhal söndürülüb.
Rəsmilər hücum edən şəxsin kimliyinin bəlli olmadığı bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


