Ağsu rayonunun Ərəbsarvan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 118 m² sahədə yanıb.
Demokrat.az xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//APA


