Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti qardaş Türkiyə Respublikasında mayın 14-də keçiriləcək Prezident və Böyük Millət Məclisinə seçkiləri müşahidə edəcəklər.
Bu barədə Demokrat.az-ın informasiya sorğusuna Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumatda bildirilib ki, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Komissiyanın üzvü Nizami Nadirxanlı Türk Dövlətləri Təşkilatının, Katibliyin digər bir əməkdaşı isə ATƏT/DTİHB-nin beynəlxalq müşahidə missiyasının tərkibində seçkilərin müşahidəsinə qatılacaq.
Aynurə Demokrat.az


