“Türkiyədə seçkilərə sayılı günlər qalıb. Artıq bir çox ölkələrdə səsvermə prosesinə başlanılıb. Türkiyədə seçkidən öncəki rəy sorğularının nəticələri tamamilə bir-birindən fərqlidir. Hansı namizədin qalib gələcəyini isə indidən söyləmək çətin məsələdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.
O bildirib ki, ilkin ehtimallara görə, seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qazanma şansı daha yüksəkdir:
“Özəlliklə, Ərdoğanın son dönəmdə müxalifətlə mübahisəyə girməyərək, hər gün yeni bir müjdə verməsi, hər gün yeni bir açılış həyata keçirməsi ona mühüm üstünlüklər qazandırdı. Bütün bunlar isə Türkiyənin taleyini dəyişdirəcək böyük addımlardır. Bir sıra iri layihələri həyata keçirməsi, bir-birinin ardınca mühüm açıqlamalar verməsi onun özəlliklə səslərində ciddi artışa səbəb oldu.
Hesab edirəm ki, bütün bunlar Prezident Ərdoğan üçün böyük üstünlüklər verir. Odur ki, seçimlərin ilk turunda Ərdoğanın böyük bir səs fərqi ilə qalib gələcəyinə inanırıq”.
Şəhanə Demokrat.az


