Sosial

Ağacları qanunsuz kəsən şəxs cərimə olundu

Ağacları qanunsuz kəsən şəxs cərimə olundu

Cəlilabad şəhəri, Heydər Əliyev prospektində qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırma aparılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, aparılan araşdırma zamanı qanunsuz 2 ədəd ağacı kəsən Cəlilabad şəhər sakini 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cəzalandırılaraq cərimə olunub.

Kəsilmiş ağacların yerində Cəlilabad bələdiyyəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmcins ağaclar yenidən əkilib.

NE
Nihadə Eyyubova