Hadisə

Kişi ögey atasını ürəyindən bıçaqladı — VİDEO

Kişi ögey atasını ürəyindən bıçaqladı — VİDEO

Mayın 8-dəsaat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, 7B ünvanında qətl hadisəsi baş verib.

Belə ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasovaralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevəxəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq davam edir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

NE
Nihadə Eyyubova