Hadisə

Bakıda 53 yaşlı qadını avtomobil vurdu

Bakıda 53 yaşlı qadını avtomobil vurdu

Bakının Xətai rayonunda 53 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Məmmədova Rəsmiyyə Sabir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.//Report

D
demokrat.az