Avropa Şurası Parlament Assambleyası (AŞPA) mayın 14-də keçiriləcək seçkilərlə bağlı Türkiyəyə müşahidəçi heyəti göndərir.
Demokrat.az xəbər verir ki, 33 nəfərlik nümayəndə heyəti 12-15 may 2023-cü il tarixləri arasında fəaliyyət göstərəcək.
Müşahidəçilər qrupuna Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri də daxil olacaq.
Qeyd edək ki, nümayəndə heyətinin prezident namizədləri ilə görüşləri nəzərdə tutulub.
Aysu Demokrat.az


