Hadisə Özəl

Sudanda 13 milyonluq yardım talan edildi

Sudanda 13 milyonluq yardım talan edildi

Sudanda 13 milyon dollarlıq ərzaq yardımı talan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Məlumata əsasən, bu günə qədər 17 min ton yardım talan edilib.

BMT-nin məlumatına görə, Sudanda münaqişənin bərpasından sonra 100 minə yaxın insan qonşu ölkələrə sığınıb.

Qeyd edək ki, ölkənin üçdə birinin ərzaq yardımından asılı yaşadığı təxmin edilir.

Aysu Demokrat.az

D
demokrat.az