Hadisə Özəl

Sinəsindən bıçaqlanan gənc həyatını itirdi

Sinəsindən bıçaqlanan gənc həyatını itirdi

Türkiyədə sinəsindən bıçaqlanan gənc dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Əskişəhir vilayətində baş verib.

Məlumata əsasən, gənclər arasında səbəbi məlum olmayan dava baş verib.

Nəticədə 24 yaşlı gənc sinəsindən bıçaqlanaraq dünyasını dəyişib.

Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova