Danimarkada hökumət hərbi obyektlərin modernləşdirilməsi, əsgərlərin sayının artırılması üçün hərbi xərcləri artıracağını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada öz əksini tapıb.
Danimarka Müdafiə naziri Troels Lund Poulsen əvvəlki müdafiə rəsmilərinin hərbi obyektlərə üstünlük vermədiyini bildirib.
O deyib ki, vəziyyət çox kritikdir:
"Bu məsələyə görə hər kəs məsuliyyət daşıyır. Təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət uzun illər problem olaraq qalıb. İndi biz silahlı qüvvələrin bazasını yeniləməmişdən əvvəl onu bərpa etməliyik".
Qeyd edək ki, hökumət rəsmiləri bu məsələ ilə bağlı 10 il ərzində 5,6 milyard dollar xərclənəcəyini vurğulayıblar.
Aysu Demokrat.az


