Pakistanın Hayber Paxtunxva əyalətində orta məktəbə silahlı hücum edilib.
Demokrat.az "CNN"ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 müəllim həyatını itirib.
Polis silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
Hadisə ilə əlaqədar xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, 2016-cı ildə Pişəvər şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində 140-dan çox insan həlak olmuşdu.
Aysu Demokrat.az


