"Azərbaycana gəldiyimə görə çox xoşbəxtəm".
Demokrat.az xəbər verir ki, bu fikirləri Türkiyədən olan tanınmış həkim, professor Akın Aktaş bu gün Bakıda keçirilən Estetik Tibb, Dermatologiya və Kosmetologiya (EDK) üzrə 1-ci Beynəlxalq Elmi-praktiki Konfransda çıxışı zamanı bildirib.
Türkiyəli professor deyib ki, qardaş ölkə olan Azərbaycana səfər etmək qürurvericidir:
"Qardaş ölkə olan Azərbaycana gəldiyimə görə çox xoşbəxtəm, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə həsr olunmuş bugünki tədbirdə çıxışıma yer verilməsi məni qürurlandırır. Dəvətə görə, tədbirin təşkilatçılarına, xüsusilə də Zülfüqar Fərəcova öz minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Türkiyədən olan professor Akın Aktaş bu gün Bakıda işə başlayan Estetik Tibb, Dermatologiya və Kosmetologiya (EDK) üzrə 1-ci Beynəlxalq Elmi-praktiki konfransında "Psoriyaz xəstəliyi" mövzusunda geniş məruzə ilə çıxışı edib.
Aysu Demokrat.az


