İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini artırdı — Manatı nə gözləyir?

Mərkəzi Bank uçot dərəcəsini artırdı — Manatı nə gözləyir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb. Bəs görəsən, bu qərar manata necə təsir edəcək?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank son bir ildə uçot dərəcəsini mütəmadi olaraq 0,5%, bəzən bundan aşağı artırır.

Mərkəzi Bank uçot dərəcəsini artırdı — Manatı nə gözləyir?
Mərkəzi Bank uçot dərəcəsini artırdı — Manatı nə gözləyir?

“Bunun da səbəbi inflyasiya ilə, yəni qiymət artımı ilə mübarizədir. Hazırda dünyanın bir çox ölkələrində, məsələn, ABŞ, Avropa ölkələrində də bu proses gedir. Mərkəzi banklar uçot dərəcəsini niyə artırır? Ümumiyyətlə, uçot dərəcəsi nədir? Bu, Mərkəzi Bankın banklara verdiyi kreditin faizidir. Yəni uçot dərəcəsini artırır ki, banklar daha az kredit götürsünlər, dövriyyədə pul həcmi azalsın, kredit bahalaşsın və qiymət artımının qarşısı alınsın. Amma Azərbaycanda bankların verdiyi kreditlər üzrə faizlər artmayıb. Çünki onsuz da bankların kredit faizləri yüksəkdir. Bu baxımdan, hazırda Mərkəzi Bankın uçot dərəcəsini artırmasının nəyəsə ciddi təsir edəcəyini gözləmirəm. Bu qərar sırf bankların Mərkəzi Bankdan çox kredit almamasına xidmət edir. Çünki indi banklar əhalidən də əmanətlərini, təxminən, 10%-lə, bəziləri 9%-lə cəlb edirlər. Banklara bu, daha çox sərf edir, nəinki Mərkəzi Bankdan gedib kredit götürmələri. Uçot dərəcəsinin artırılmasının milli valyutaya heç bir təsiri olmayacaq, çünki bizim milli valyutanın məzənnəsi onsuz da ölkənin valyuta ehtiyatlarına - dollara bağlıdır. Valyuta ehtiyatlarında da vəziyyət sabitdir”, - ekspert bildirib.

D
demokrat.az