Türkiyədə mənzərəni izləmək istəyən bir nəfər müvazinətini itirərək uçurumdan yıxılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, hadisə Batman vilayətinin Kıra dağında baş verib.
Uçurumun kənarındakı mənzərəni izləmək istəyən şəxs müvazinətini itirərək yıxılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
Qeyd edək ki, ciddi xəsarət almasına baxmayaraq yaralı xilas edilib.
Aysu Demokrat.az


