Siyasət Özəl

"Azərbaycanın mesajları Qarabağdakı seperatçılara ünvanlanıb" — Siyasi şərhçi

Azərbaycanın mesajları Qarabağdakı seperatçılara ünvanlanıb — Siyasi şərhçi

"Azərbaycanın ünvanladığı çağırışlar və mesajlar Qarabağda yaşayan erməni icması ilə bağlı hansısa adekvat addımların atılmasına yönəlməyib. Bu, Azərbaycanın rəsmi mövqeyini ifadə edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik qeyd edib ki, bu, Azərbaycan ərazilərində yaşayan ermənilərə, o cümlədən seperatçı meyilləri stimullaşdıran şəxslərə aid olan məsələlərdir:

"Şübhəsiz ki, bizdə səsləndirilən fikirlərin bir qismi mesaj, bir qismi isə çağırış xarakterlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə də açıq şəkildə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Respublikasının Konstutisiyası çərçivəsində onların bütün hüquqlarının qorunmasına təminat verir. Təminat Azərbaycanda yaşayan bütün vətəndaşlara dinindən, irqindən, milli mənsubiyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq verilir. Bu anspektdən də Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinə Azərbaycan vətəndaşı kimi bütün hüquqları verildiyi halda,ermənilərə əlahiddə hansısa hüquqların verilməsi faktiki olaraq vətəndaşların konstutisiya qarşısında hüquqlarının pozulmasıdır. Yəni bu, qeyri-bərabərlikdir".

Analitik əlavə edib ki, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri öz dillərində danışa, təhsil ala, mədəniyyətlərini inkişaf etdirə bilərlər:

"Yəni onların dillərinin və mədəniyyətlərinin qorunmasına Azərbaycan dövləti təminat verir. Bu istiqamətdə də dövlətimizin atdığı addımlar ortalıqdadır. Ölkəmizdəki tolerant mühitin təməllərində dayanan amillərdən biri də Azərbaycandakı xalqlar və konvensiyalar arası münasibətlər, ortaq vətən, ortaq vətəndaşlıq anlayışının ön plana keçməsi, vətəndaşlıq qayəsinin ilk sırada dayanması və şübhəsiz ki, Azərbaycan dövlətinin bütün vətəndaşlarına olan münasibəti eyniliyi ilə bağlıdır.

Eyni yanaşma ermənilərə münasibətdə də tətbiq ediləcək. Amma o şəxslər ki, bu gün Azərbaycan ərazilərində yaşayan erməniləri defakto Azərbaycan vətəndaşları sayılmalı olan şəxsləri öz girovluğunda saxlayırlar, onlar xalqlar arasındakı münasibətlərin kəskinləşməsini cəhd göstərir, nifrət aşılayır və Azərbaycana qarşı insanları qanunsuz fəaliyyətə təhrik edirlər. O şəxslərə mesaj ünvanlanır və həmin şəxslər öz fəailliyyətlərinə son qoymazlarsa, Azərbaycan qanunlar ilə yaşamazlarsa, Azərbaycanın dedikləriylə oturub-durmazlarsa, onlar üçün seçim Azərbaycan torpaqlarını tərk etməkdən ibarətdir. Və tərk etmiyəcəklərsə, tərk ediləcəklər".

Elçin Mirzəbəyli bildirib ki, adekvat olaraq Azərbaycan ərazisində mövcud olan istənilən qanunsuzluq Azərbaycan dövlətinin müvafiq qurumların reaksiyası olduğu kimi, ermənilərin də törətdikləri qanunsuzluqlara Azərbaycan dövləti müvafiq qurumlarının reaksiyası olacaq və həmin şəxslər məsuliyyətə cəlb olunacaq:

"Bununla bağlı xüsusi tədbirlər həyata keçiriləcək. Bu, çox sadə hər bir kəsin anlaya biləcəyi məqamdır. Dünyanın bütün ölkələrində eyni davranışlar sərgilənir və biz həm də bu addımları Qarabağda yaşayan həmin seperatçıların girovuna çevrilən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə edəcəyik. Çünki, əsas faktorlardan biri də Azərbaycan vətəndaşlarına konstitusiya ilə verilən təminatlardan biri də onların təhlükəsizliyinin qorunması məsələsidir. Bu da ölkəmiz üçün vacib faktorlardan biridir.

Yox əgər mülki şəxslər və tutaq ki, orada yaşayan digər insanlar arasında da ölkəmizin qanunları ilə yaşamaq istəməyən kimlərsə tapılacaqsa, onlar təbii ki, öz seçimlərini edə, başqa bir ərazidə məskunlaşa və yaşaya bilərlər.

Və yaxud Azərbaycanın müvafiq qurumları müraciət edərək müvəqqəti yaşamaq hüququ əldə edə bilərlər. Azərbaycan Respublikasındakı onlarında mövcudluğunun Azərbaycan ərazilərindəki hüquqi mövcudlugunu əsasları müəyyənləşdirilsin. Belə olduğu halda təbii ki, onlar bir çox Azərbaycan vətəndaşlarına verilən bir sıra hüquqlardan məhrum ediləcəklər. Bu hüquqlardan biri də və ən önəmli hüquq sayılan səs vermə hüququdur.

Bu aspektən düşünürəm ki, bizim üçün adekvat cavabdan daha çox bu mesajın verilməsi önəmlidir. Azərbaycan öz niyyətini açıqladı, bəyan etdi, müəyyən bir zaman içərisində şübhəsiz ki, bu bəyanatların doğuracağı nəticələr gözləniləcək. Açıqlamaların, bu mesajların reaksiyaları gözləniləcək. Əgər reaksiya olmayacaqsa, daha öncə sadaladığım addımların atılması istiqamətində tədbirlər görüləcək".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova