Səhər saatlarında Türkiyənin Ədirnə vilayətindədəhşətli qəza baş verib.
Demokrat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, miqrantları daşıyan mikroavtobusun dükana çırpılması nəticəsində 10 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.Məlumata görə, ölən və yaralıların hamısı miqrantlardır.
Dəhşətli qəza, polisxəbərdarlığına məhəl qoymayan sürücünün idaretməni itirməsi nəticəsində baş verib. Belə ki, polis,mikroavtobusda qeyri-leqal miqrantlardanşübhələnərək onu saxlamaqda qərarlı olub. Lakin sürücü xəbərdarlıqdan boyun qaçıraraq mikroavtobusu yaxınlıqdakı dükana çırpıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Zaur Zahidoğlu Demokrat.az


