Hərbi

Rusiya Xəzər vasitəsilə İrandan külli miqdarda hərbi sursat daşıyır

Rusiya Xəzər vasitəsilə İrandan külli miqdarda hərbi sursat daşıyır

Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları tədarük etmək üçün İrandan Xəzər dənizi vasitəsilə külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.

Demokrat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmi açıqlama və sənədlərə istinadən məlumat yayıb.

Bildirilir ki, son altı ayda Rusiya yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

Yaxın Şərqdəki rəsmilərin məlumatına görə, İran silahlarının Rusiya üçün sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Qeyd olunub ki, gəmi 2000 artilleriya mərmisi olan 1000 konteyner daşıyıb.

İranın BMT-dəki nümayəndə heyəti və Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı şərh tələblərinə cavab verməyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası da şərh verməkdən imtina edib.

WSJ yazır ki, ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar.

ABŞ rəsmiləri bildiriblər ki, İran Rusiyaya silah çatdırmaq üçün əsasən yük təyyarələrindən istifadə edib və müdaxiləni demək olar ki, qeyri-mümkün edib.

Xəzər dənizindəki hərəkətlər isə onun sahilindəki keçmiş sovet respublikalarının köməyini tələb edəcək.

Xatırladaq ki, bu yaxınlarda Müharibənin Tədqiqi İnstitutu (ISW) belə bir nəticəyə gəlmişdi ki, Rusiya İrandan Şahed-136/131 pilotsuz təyyarələrinin yeni partiyasını alıb.

D
demokrat.az