İdman

Mahir Emrelinin oynadığı matçda "Konyaspor" qələbə qazandı

Mahir Emrelinin oynadığı matçda Konyaspor qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.

Demokrat.az xəbər verir ki, 26 yaşlı hücumçu komandasının səfərdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəldiyi Superliqanın XXXI tur matçının iştirakçısı olub.

Görüşə ehtiyatda başlayan forvard 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb. Emreli oyun ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

"Konyaspor"un qollarını 30-cu dəqiqədə Fransisko Kalvo və 45+6-cı dəqiqədə Mame Diuf vurublar. Meydan sahiblərindən isə 13-cü dəqiqədə Mamadu Foll fərqlənib.

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Konyaspor" 8-ci pilləyə yüksəlib. 33 xalı olan "Kasımpaşa" isə 12-ci sırada qalıb.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, cari mövsümün sonunadək "Konyaspor"a icarəyə verilib.//Report

D
demokrat.az