İdman

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Azərbaycanın Yunan-Roma güləşçisiTaleh Məmmədov Xorvatiyada davam edən Avropa çempionatında finala yüksəlib.

63 kiloqramçəki dərəcəsində çıxış edən idmançı yarımfinalda erməni güləşçi Qraçya Poqosyanı sınağa çəkib. Taleh Məmmədov indiyədəkikidəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.

NE
Nihadə Eyyubova